Bitkiçilik məhsulların əkininə başlanıb

Ölkədə bitkiçilik məhsullarının əkininə başlanmışdır. Mart ayının 1-nə kimi 50,8 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 2,6 min hektar sahədə dənli və dənli paxlalılar, 10,4 min hektar sahədə kartof, 7,5 min hektar sahədə tərəvəz, 0,1 min hektar sahədə şəkər çuğunduru, 30,1 min hektar sahədə çoxillik otlar, 0,1 min hektar sahədə isə sair bitkilər əkilmişdir. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, 2016-cı ilin yanvar-fevral aylarında diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta, 4,2 min ton tərəvəz istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz, tərəvəz istehsalı isə 6,1 faiz artmışdır. Kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,5 faiz, heyvandarlıq məhsulları istehsalı 2,6 faiz artmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00