17 yaşlı gəlinin toy gecəsi öldürülməsi ilə bağlı şok təfərrüat - bakirə olmayıb

Ucar sakini toy günü arvadını öldürüb. Ucarda öldürülən gəlin Səbinə Rəhimovanın qətlinin şok təfərrüatı məlum olub. Femida.az-ın məlumatına görə, Səbinə Rəhimova Rusiya Federasiyasında anadan olub və orada yaşayıb. Onun anası da milliyətcə rus olub. Anası vəfat etdikdən sonra internat məktəbində qalan qız sonradan Xoşqədəm Hidayətqızının verilişi vasitəsi ilə atasını tapıb. Bundan sonra təxminən bir il əvvəl atası onu Rusiya Federasiyasından Azərbaycana gətirib. Ucar rayonunda Ramil Nəsirov adlı bir oğlanla tanış olub və ailə qurub. Dünən baş tutan toy gecəsi Ramil Nəsirov Səbinə Rəhimovanın bakirə olmamasını iddia edərək onu yataqda qətlə yetirib. Bu zaman yataq otağından çölə çıxan Ramil yengənin gözləməsini xahiş edib. Təxminən 10 dəqiqə sonra yengə otağa girən zaman gəlinin al qan içərisində olduğunu görüb. Ramil gəlini xüsusi amansızlıqla öldürməyə çalışıb və ağır yaralanmış gəlini xəstəxanaya çatdırsalar da o ölüb.

***

Bu barədə APA-ya Ucar Rayon Prokurorluğundan məlumat verilib. Ötən gecə əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Hadisəni törədən R. Nəsirov saxlanılıb. Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00