''Qərbi Abşeron'' yatağında yeni quyu istismara verilib
18 Mart 2016 14:37 SosialBu günlərdə "Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündən 25 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın xəbərinə görə, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 808-713 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00