Qazaxıstan və Türkmənistan gəmiləri Bakıda təmir edilir
18 Mart 2016 14:21 SosialBu günlərdə "Zığ" gəmi təmiri zavodu Türkmənistan və Qazaxıstan bayrağı altında üzən 4 gəmini təmirə qəbul edib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, onlardan "Wagenborg 107" barjı sifarişdə nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra artıq istismarçıya qaytarılıb. Hazırda "Şirin" yedək gəmisi, habelə "Soltan" və "Bossan" təchizat-yedək gəmiləri zavodun doklarına qaldırılıb. Onların gövdələrinin təmizlənərək rənglənməsi, baş mühərriklərin, vint-sükan kompleksinin və digər mexanizmlərin təmiri nəzərdə tutulub. Bu gəmilərin aprelin əvvəllərində sifarışçilərə təhvil verilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00