"Əməkhaqqı artımı 60 min müəllimə şamil olunacaq" - Nazirlik
18 Mart 2016 13:36 Sosial"Prezident İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamı 60 min müəllimə şamil olunacaq. Məlumata görə, Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov bu gün keçirilən mətbuat konfransında deyib ki, bu, müəllimlərin təxminən 40 %-ni təşkil edir. R. Orucov bildirib ki, dövlət başçısının müvafiq sərəncamına əsasən həmin müəllimlərin, direktorların, direktor müavinlərinin maaş əlavələri üzrə sxem hazırlanır və hazır olduqdan sonra layihə hökumətə təqdim ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00