SOCAR məcburi köçkünlərə bayram yardımı edib
18 Mart 2016 13:23 SosialNovruz bayramı münasibəti ilə SOCAR tərəfindən məcburi köçkünlərə yardım verilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, Ağdam rayonunda yerləşən "Dördyol 1, 2", "Təzəkənd" və Yeni İmamqulubəyli qəsəbələrində məskunlaşmış 10522, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000, Tərtər rayonunda məskunlaşmış 13000, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər məcburi köçkün və şəhid ailəsinə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00