Gəncliyə Yardım Fondundan xeyirxah aksiya

"Gəncliyə Yardım Fondu" bəzi imkansız ailələri sevindirəcək. "OLAYLAR"-ın xəbərinə görə, bu məqsədlə Fond növbəti xeyriyyə aksiyası keçirib. Belə ki, fondun zalında Azərbaycan və Türkiyə xanımlarının əl işlərindən ibarət satış-sərgi təşkil edilib. Bildirilib ki, satışdan əldə olunan vəsait, bəzi imkansız ailələrin 1 il ərzaqla təmin olunmasına, fiziki cəhətdən qüsurlu insanlar üçün əlil arabaları alınmasına sərf ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00