Azərbaycan Moskvada keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq
18 Mart 2016 12:01 SosialMartın 23-26-sı tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək "MİTT 2016" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulur. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, sərgidə Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva təmsil edəcək. Sərgidə həmçinin, Şahdağ Turizm Kompleksi, Azərbaycan Hava Yolları, "AİTF" turizm sərgisinin, "Formula 1 Avropa Qran Prisi"-nin təşkilat komitəsinin və 20-ə yaxın yerli turizm şirkətinin iştirakı planlaşdırılır. Bu sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 72 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.