Nəsimi rayonunda imkansız ailələrə bayram payları təqdim olundu

Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. Bu işlər paytaxtımızın Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir. Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən qəsəbələrdə, istirahət parkları, həyətlər, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun qəsəbə mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında bayram tamaşaları hazırlanmışdır.
Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təşkil olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00