Binəqədili məktəbliləri Naxçıvana gedib
18 Mart 2016 11:42 Sosial"Ölkəmizi Tanıyaq" tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirib ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 14 məktəbli iştirak edəcək. Qeyd olunub ki, məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00