Әfv Sərəncamı Azərbaycan Dövlətinin humanist siyasətinin bariz nümunəsidir
18 Mart 2016 11:41 Sosial"Ölkə başçısı İlham Әliyevin imzaladığı Әfv Sərəncamı Azərbaycan Dövlətinin humanist siyasətinin bariz nümunəsidir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, bu, həm də Avropa və Azərbaycan münasibətlərində yeni, daha sağlam və şəffaf mərhələnin başlanması deməkdir: "Heç şübhəsiz ki, artıq bir sıra Avropa qurumları rəsmi Bakının bu addımını alqışlayan bəyanatlar verməkdədir və analoji münasibət bundan sonra da davam edəcək. Qısası, insan haqlarını əlində bəhanə olaraq tutan və hər vəchlə Azərbaycana təzyiqlər etməyə çalışan qüvvələrin fəaliyyəti boşuna çıxdı. Azərbaycan bir daha sübut etmiş oldu ki, öz dövlət siyasətini özü müstəqil şəkildə həyata keçirir".