Dövlət qulluqçusu olmaq istəyənlər üçün yeni müsabiqə
18 Mart 2016 11:28 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir. "OLAYLAR"-ın xəbərinə görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı martın 18-dən aprelin 18-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər. Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər. Müsabiqəyə Energetika Nazirliyi üzrə 75 vakant dövlət q ulluğu vəzisəfi təqdim edilib.