Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri fasiləsiz fəaliyyət göstərəcək
17 Mart 2016 18:39 SosialBaş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günləri fasiləsiz fəaliyyət göstərəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 19-dan 28-dək olan müddətdə, qeyri-iş günlərində də nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00