“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi “Novruz ənənələri və onun təbliğində gənclərin rolu” adlı görüş təşkil etmişdir

Novruzun gəlişi və İlaxır çərşənbəsi ilə əlaqədar Göyçay İnkişaf Mərkəzi Gənclər İctimai Birliyi Göyçay şəhəri Heydər Əliyev parkında yerləşən Park Kafedə "Novruz ənənələri və onun təbliğində gənclərin rolu" adlı görüş təşkil etmişdir. Görüşdə Göyçay rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova, Göyçay rayon icra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zivər Zeynalova və Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbin direktoru Tahirə Qurbanova və Göyçayın fəal gəncləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Birliyin sədri Əzizağa Atakişiyev İlaxır çərşənbəsi ilə əlaqədar görüş iştirakçılarını təbrik edərək, əsrlərdən bu günümüzə qədər gələn Novruz bayramının ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunduğunu bildirdi. O Novruz adət ənənələrinin gələcək nəsillərə ötürülməsində gənclərin rolunun yüksək olduğunu qeyd edərək qədim tariximizin yaşaması üçün bayram ənənələrinin təbliğinin önəmliliyini vurğuladı. Həmçinin o qısa olaraq birliyin həyata keçirdiyi fəaliyyətlər və planlar haqqında danışaraq gəncləri birliyin gələcək fəaliyyətlərində yaxından iştirak etməyə dəvət etdi. O Birliyin gələcək fəaliyyətlərində Rayon İcra hakimiyyəti ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Göyçay rayon icra hakimiyyəti başçısı Mübariz Ağayevə rayon gənclərinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirdi.
Sonra Göyçay rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova çıxış edərək Novuz ənənələrin gənclər arasında təbliğini önəmli olmasını bildirdi, bu sahədə maariflənmə işlərinin genişləndirməyi və rayonun imkansız və valideyin himayəsindən məhrum olan uşaq gənclərə də diqqət ayrılmaısnın önəmli olmasını qeyd etdi. O Birliyin gələcək fəaliyyətlərinə və gənclərə uğurlar arzulayaraq daim öz üzərlərində işləməyi və mütailə etməyi məsləhət bildi.
Sonra gənclər bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri olan Novruz adət-ənənələri haqqında öz bilgilərini bölüşərək, ənənələrin davam etdiriləsinin və gənclər arasında təbliğinin önəmli olmasını qeyd etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00