Rövnəq Abdullayev itkin düşən neftçilərin ailə üzvləri ilə görüşüb
17 Mart 2016 16:48 SosialMartın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailə üzvləri ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, Rövnəq Abdullayev Xəzər dənizində bu cür təbii fəlakətlərin çox nadir hallarda baş verdiyini qeyd edib. Bu hadisənin SOCAR ailəsinə daxil olan çoxminli neftçiləri dərindən sarsıtdığını söyləyən şirkət prezidenti həlak olan və itkin düşənlərin bütün neftçilər tərəfindən bir an da olsun unudulmadığını vurğulayıb, onların ailə üzvlərinə qayğı göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib, bu görüşün də onların qayğı və problemləri ilə maraqlanmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Rövnəq Abdullayev dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 və ''Neft Daşları''ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacağını söyləyib.