Azərbaycan Sənaye Bankı bayram günlərində də fəaliyyət göstərəcək
17 Mart 2016 16:41 SosialMüştərilərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Sənaye Bankı Novruz bayramı ərəfəsində də fəaliyyət göstərəcəkdir. Belə ki, Park Bulvar alış-veriş mərkəzində fəaliyyət göstərən ASB Park Bulvar filialı ilin 365 günü səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərir.
Park Bulvar filialında aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz.
* Valyuta mübadilə əməliyyatlarının aparılması
* Fiziki və hüquqi şəxslərin hesablarının açılması
* Hesablaşma-kassa xidmətlərinin göstərilməsi
* Sürətli pul köçürmələri
* Depozitlərin (əmanətlərin) qəbul edilməsi
* Rabitə və kommunal ödənişlərin qəbulu
* POS Terminal xidmətləri
* 7/24 ATM xidmətləri
Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir.