Kəkil, toppuz, dalğalı... – Bu mövsüm hansı saç düzümləri dəbdə olacaq?

Gözəl qadın obrazının uğurlu alınmasında saç düzümü həmişə həlledici rol oynayıb. Stilistlər isə bildirir ki, saçlar üz cizgisinə uyğun yığılmalıdır. Bu yazıda  modapərəstləri yaz-yay aylarında dəbdə olan saç düzümləri ilə tanış edəcəyik. Demək olar ki, hər mövsüm saç düzümlərinin dinamikası və forması dəyişir. Bu bahar hörüklər, dağınıq, yarım toplanmış saçlar, eləcə də az dalğalı uzun saçlar dəbdə olacaq. Bunun səbəbi isə bohem stilinin dəbə qayıtmasıdır. Brendlərin çoxu bohem stilində geyimlər təklif elədiyi üçün, saçlarda  təbiilik ön planda olacaq.

Publika.az mövsümün ən yeni gözəllik trendlərini təqdim edir:

Baharın saç dəbini belə sıralamaq olar:

1.Yuxarıda və aşağıda toplanmış at quyruğu
2.Hörüklü saçlar
3.Orta uzunluqda saçlar - bob kəsimi
3.Dalğalı saçlar
4.Kəkil dəbi
5.Toppuz
6.Yarım toplanmış saçlar
7.Romantik saç düzümləri
8.Oğlan saç stili
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00