İnformasiya cəmiyyətinin inkişafında medianın rolu müzakirə ediləcək

Martın 18-də Bakıda "İnformasiya cəmiyyətinin inkişafında medianın rolu" mövzusundakı konfrans-seminar keçiriləcək. Azərbaycan Mətbuat Şurasından "OLAYLAR"-a bildirilib ki, konfransda Mətbuat Şurasının rəhbərliyi, jurnalist təşkilatlarının təmsilçiləri və KİV nümayəndələri iştirak edəcək. İstanbul Yeni Yüzyıl Universiteti, Qlobal Kariyera İnstitutu və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq konfransın sonunda iştirakçı media nümayəndələrinə sertifikatlar veriləcək. Seminarda İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakultəsinin dekanı, professor Aysel Aziz və Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlunun mzu ətrafında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00