Süni uşaq qidaları təhlükəli ola bilər

Keyfiyyətli uşaq yeməkləri necə müəyyən edilir?

Körpə uşaqlar üçün ideal qida ana südüdür. Çünki ana südü körpənin böyüməsi və maddələr mübadiləsi üçün zəruri qida məddələri ilə tam təmin edilməklə yanaşı, həm də immun sisteminin qoruyucu zülallarının mənbəyidir. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına zərurət yaranır. Bu zaman vitaminli, yüngül və tez həzm olunan qidalara üstünlük verilir. Elə bundan istifadə edən "işbazlar" bazarları keyfiyyətsiz və uşaqların həyatı üçün real təhlükə yarada biləcək qidalarla doldutublar. Nəzərə alsaq ki, ticarət şəbəkələrində geniş çeşidliyi ilə göz qamaşdıran uşaq qidalarının böyük əksəriyyəti xarici ölkələrdən gətirilir. Məhz bu səbədən də əksər hallarda valideynlər uşaq qidası kimi hansı məhsullardan istifadə etməsi ilə bağlı tərəddüd edirlər. Bəs, valideyinlər nə etməli, hansı növ məhsullara üstünlük verməlidirlər, ümumiyyətlə uşaq qidaları alarkən nələrə diqqət edilməlidir?

Məlumat üçün qeyd edək ki, hazırda uşaqların qidalandırılmasında uşaq yeməklərinin aşağıdakı növlərindən istifadə olunur: meyvə və giləmeyvə konservləri; quru məhsullar (sıyıqlar); tərəvəzli, tərəvəzli-meyvəli, tərəvəzli-ətli konservlər; quş əti konservləri; duru və pastaşəkilli süd məhsulları; quru süd məhsulları və sair. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, uşaq qidası kimi istifadə olunan müxtəlif növ konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yol verilməzdir. Konservlərin tərkibində kənar iy və dad olmamalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaq qidaları əsas qida komponentlərinin miqdarına görə balanslaşdırılır, onlarda uşaqlar üçün zəruri olan zülalların, yağların və karbohidratların fiziologi nisbəti gözlənilir. Bu qidalar, onların xammal və köməkçi maddələri normativ-texniki tələblərə cavab verməli və sanitar-gigiyenik şəraitdə istehsal edilməlidir. Konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yol verilməzdir. Konservlərin tərkibində kənar iy və dad olmamlı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır. Uşaq qidası özündə bütün zəruri qidalandırıcı maddələri, mikroelementləri və vitaminləri cəmləşdirməli, tərkibində duz və şəkər olmamalı, ekologi təmiz məhsuldan hazırlanmalıdır. Konservlər standartın tələblərinə uyğun texnoloji təlimata və resepturaya əsasən müəyyən edilmiş sanitar qaydalara görə hazırlanmalıdır.
Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməlidir. Süni uşaq qidalarının üzərində aşağıdakı məlumatlar olmalıdır: ana südünün üstünlüyü barədə qeyd; yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi barədə qeyd; qidanın hazırlanması qaydası və saxlanma şəraiti; yararlılıq müddəti; mənşəyi, istehsalçının adı və ünvanı; enerji dəyəri; tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması barədə qeyd; tərkibi; hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeyd; uşaq qidası kimi istifadə olunan konservlərin üzərində eyni zamanda tərkibində duz və şəkər qarışığının olmadığı və ekoloji təmiz məhsuldan hazırlandığı barədə qeyd. Quru uşaq qidalarını soyuducuda, xüsusən açıq halda saxlamaq olmaz. Belə ki, bu qidalar nəm çəkir ki, bu da sonradan onların yararlığına mənfi təsir göstərir. Uşaq qidaları təmiz, quru, yaxşı vintilyasiya olunan anbarlarda aşağıdakı temperatur rejimində və müddətlərdə saxlanılmalıdır: meyvə və giləmeyvə konservləri 00-250 C temperaturda 2 il; quru məhsullar (sıyıqlar) və quş əti konservlərini 00-200 C temperaturda , qutunun üzərində göstərilən müddətdə; tərəvəzli, meyvəli-ətli konservlər şüşə qablarda 2 il, dəmir qablarda 1 il, vitamin, süd, qaymaq, xama əlavə edilmiş konservlər 1 il; duru və quru süd məsulları, o cümlədən erkən yaşda olan uşaq qidası üçün konservləşdirilmiş ət məhsulları hər bir növ məhsulu müvafiq normativ sənədinə uyğun olaraq istehsalçı tərəfindən müəyyən olunan müddətdə; qapağı açılmış duru süd tərkibli uşaq qidalarını ev şəraitində 4 ± 20 C temperaturda 24-78 saat müddətində. Uşaq qidaları alarkən yuxarıda qeyd olunan saxlanma müddətlərinə və şəraitinə diqqət edilməlidir.
Uşaq qidasını alarkən birinci növbədə qablaşdırmanın tamlığına diqqət etmək vacibdir. Əgər qabın özü və ya qapağı zədələnibsə onu almağa dəyməz. Qidanın hazırlanma tarixi və yararlıq müddətinə fikir verilməsi zərurudur. Əgər qabın qapağı azacıq batıqdırsa bu həmin məhsulun təzə olmasına dəlalət edir. Uşaq qidasını alarkən onun üzərində "uşaq qidası" və hansı yaş dövrü üçün olmasına diqqət yetirilməlidir. Etiketdə göstərilən yaş həddinə baxılmalı və uşağa uyğun olanı alınmalıdır. Bunun üçün ticarət şəbəkəsindən bu məhsulları əldə edərkən əsas qayda kimi "üşaq qidası" və "6,8,10 və 12 aylıq uşaqlar üçün" yazıların etiketlərdə olmasına diqqət yetirmək lazımdır. Eyni zamanda uşaq qidaları inqredient tərkibinə görə düzgün seçilməlidir. Uşaq qidası kimi istifadə olunan konservlərin tərkibində duz və şəkər qarışığının olmamasına və ekoloji təmiz məhsuldan hazırlandığına xüsusi diqqət edilməlidir. Xatırladaq ki, mövcud qanunvericiliyin, standartların, sanitar gigiyenik norma və qaydaların tələblərinə cavab verməyən süni qida məhsulunun istehsalı, satışı və ölkəyə idxalı qadağandır. İstehlakçı olaraq hər kəs idxal edilən və pespublikada istehsal olunan uşaq qida məhsullarının etiketindəki informasiyaya diqqət etməlidir. Bu məlumatlar digər dillərlə yanaşı azərbaycan dilində də olmalıdır. Unutmayaq ki, uşaqların sağlamlığı öz əlinizdədir. Uşaq qidaları alarkən onun etiketindəki məlumatları diqqətlə nəzərdən keçirilməlidir. Orqanoleptik ekspertizadan keçməyən, istehsal tarixi qeyd olunmayan, saxlama müddəti ötmüş və sertifikatlaşdırılmayan malları almaqdan çəknmək lazımdır.


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00