Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksəlir

Martın 18-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5  dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00