Miqrasiya Xidməti maarifləndirmə tədbirləri keçirir

Dövlət Miqrasiya Xidməti Ağsu, Zaqatala və Gəncədə maarifləndirmə tədbirləri həyata keçirib. "OLAYLAR"-ın xidmətə istinadən verdiyi xəbərə görə, maarifləndirmə tədbirlərində dünyada baş verən miqrasiya proseslərinə, Avropada yaşanan miqrant böhranına toxunulub, ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı görülmüş işlər barədə danışılıb, miqrasiya qanunvericiliyindəki yeniliklər haqqında izahedici söhbət aparılıb. Görüşlərdə bildirilib ki, bu gün Xidmət və 8 regional miqrasiya idarəsi tam gücü ilə fəaliyyət göstərir. Görülən işlərin nəticəsidir ki, 2015-ci il sentyabrında respublikamıza səfəri zamanı BMqT-nın baş direktoru Uilyam Leysi Svinq Prezident İlham Əliyevin qəbulunda olarkən ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən işləri miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə adlandırıb. Görüşlərdə həmçinin bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00