Dövlət vəsaitini təyinatdan kənar xərcləyənlərin həbsi ilə bağlı layihə Milli Məclisə tövsiyə olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə yeni (308-1) maddənin əlavə olunması müzakirəyə çıxarılıb. Məlumata görə, yeni maddəyə əsasən dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə halına görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Eyni hərəkətlər külli miqdarda vəsaitlə olduqda, 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq. Külli miqdarda dedikdə 250 min manat və daha çox məbləğ nəzərdə tutulur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00