Kamran İmanov: “Ermənilərin mənimsəmə siyasətinin qarşısı hər zaman alınıb, bundan sonra da alınacaq”

"Ermənilərin Azərbaycan qarşı apardığı mənimsəmə siyasətinin qarşısı Müəllif Hüquqları Agentliyi tərəfindən hər zaman alınıb. Bu fəaliyyət gələcəkdə də davam edəcək". APA-nın məlumatına görə, bu sözləri Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, Ermənistan Azərbaycan alimlərinin tapıntılarına asaslanı, Azıx mağarasının onlara aid olduğunu iddia edir: "Onlar hətta Türkiyə, eləcə də İranın sərhədində tapılan və 5,5 min il yaşı olan çarıqların da ermənilərə məxsus olduğunu iddia edirlər. Erməni alimlərinin iddiasına görə, guya Şaxta babanın da kökləri ermənilərə bağlıdır. Biz indiyədək erməni mənimsəməsinə qarşı bir neçə kitab çap etmiş, tədbirlər keçirmişik və onların iddialarının əsassız olduğunu sübut etmişik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00