Bakıda 2 nəfər mərmərin altında qalaraq ölüb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 2 vətəndaşın mərmər lövhələr altında qalaraq vəfat etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirmiş və məlum olmuşdur ki, yük avtomobilini boşaldarkən mərmər lövhələr aşmış və vətəndaşlar lövhələrin altında sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər mərmərləri kəsərək ayırmış və vətəndaşların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00