“TUR-M” MMC-yə məxsus sement istehsalı sexi yanıb
17 Mart 2016 12:24 SosialAbşeron rayonu, Digah qəsəbəsində "TUR-M" MMC-yə məxsus sement istehsalı sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə sexin ümumi sahəsi 1000 kv.m olan anbarında taxta atmalar 250 kv.m sahədə, içərisində olan 2 ədəd dəzgah, taxta altlıqlar və sement kisələri yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00