Suraxanı rayon magistral su xəttində qəza baş verib
17 Mart 2016 12:22 SosialBakı şəhəri Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb. "OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, buna səbəb Suraxanı rayonu ərazisində magistral su xəttində baş vermiş qəzadır. Baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb. Bununla əlaqədar martın 17-si tarixdə, gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00