Azad Rəhimov Fransa səfiri ilə görüşüb

Gənclər və idman naziri Azad Rəhimov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri xanım Orelia Buşezi qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı gənclər və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, hər iki sahəyə məsul şəxslərin görüşlərinin faydasının önəmi diqqətə çatdırılıb.
Nazir Azad Rəhimov Avropa Oyunları zamanı bir sıra fransız şirkət və mütəxəssislərinin oyunların hazırlıq işlərinə cəlb olunduqlarını qeyd edib. Nazir eyni zamanada, IV İslam Həmrəylik Oyunlarına hazırlıq işlərində də fransız mütəxəssislərin cəlb olunmasının mümkünlüyünü vurğulayıb. Səfir öz növbəsində hər iki ölkə arasında gənclər sahəsində regionlar arası münasibətlərin qurulmasının vacibliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00