Milli Məclisin xüsusi iclası çağırıldı
17 Mart 2016 11:30 SosialAzərbaycan Milli Məclisinin xüsusi iclası çağırılıb. APA bildirir ki, iclas martın 18-də keçiriləcək. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu report-a deyib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib. Onun sözlərinə görə, iclasda "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya düzəlişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanun layihəsi müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00