Bir silləyə adam öldürüldü
16 Mart 2016 16:05 SosialBakıda iki nəfərin münaqişəsi ölümlə bitib. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 15-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında münaqişə düşüb. Baş vermiş münaqişə zəminində E.Əliyev sillə ilə A.İsmayılovu vurub və A.İsmayılov hadisə yerində ölüb. E.Əliyev könüllü olaraq Xəzər RPİ-yə gələrək hadisə barədə məlumat verib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00