Avtomobildə sıxılmış 2 nəfərin meyiti çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba-Xaçmaz magistral avtomobil yolunun 15-ci km-də Xaçmaz rayonu ərazisində "Mercedes" markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Yusifov Yusif Rəsul oğlunun və 1985-ci il təvəllüdlü Babayev Rövşən İbrahim oğlunun cəsədlərini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00