Deputat: “Ünvanlı sosial yardımla bağlı yeni forma tapılmalıdır”

"Ünvanlı sosial yardımın verilməsinə baxış dəyişməlidir". Bunu deyən millət vəkili, parlamentin komitə sədri Siyavuş Novruzovun sözlərinə görə, indiki model bir o qədər də məqbul deyil: "Əgər bir adam dərziliklə məşğul olursa, ona paltartikən maşın alıb vermək lazımdır. Əgər bir adam sağıcıdırsa, heyvandarlıqla məşğul olursa, ona iki inək alıb vermək lazımdır.Yoxsa, kiməsə ayda 100 manat və ya nə qədər maddi yardım etmək o qədər də effektli deyil.Çünki həmin adam nəticədə konkret bir peşə ilə də məşğul ola bilmir, özünün ehtiyacını da təmin edə bilmir. Ona görə bu məsələyə baxış dəyişməli, yeni forma tapılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00