Deputat dərman vasitələrinin ƏDV-dən azad olunmasını təklif edib
16 Mart 2016 15:58 SosialMillət vəkili Qənirə dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını təklif edib. "Olaylar" xəbər verir ki, millət vəkili dərmanların qiymətinin bahalığında şikayətlənib və imkanları aşağı olan çoxsaylı xəstələtin üzləşdiyi çətinliklərdən danışıb, hökuməti bununla bağlı tədbirlər görməyə çağırıb: "Qəbuluma bir müəllimə gəlmişdi, onkoloji xəstədir. 100 manat əmək haqqı alır. Müalicə üçün lazım olan dərmanlar 170 manatdan bahadır. Deyir bəs mən nə edim? Kömək istəyirdi. Belə insanların sayı az deyil. Dərmanların qiymətinin bahalığı ilə bağlı məsələyə prezident öz sərt münasibətini söyləyib və tədbirlər görülməsini tapşırıb. Hesab edirəm ki, hökumət dərmanların qiymətini artıran süni amillərə, monopoliyalara qarşı sərt mübarizə aparmalıdır, amma bununla yanaşı yaxşı olardı ki, isbari tibbi sığortanın tətbiqinə qədər dərman vasitələri tamamilə əlavə dəyər vergisindən azad edilsin. ƏDV-dən azad olunsa, dərmanların qiyməti bir az ucuzlaşar və bu da insanlara kömək olar".