Bu il 27 yaşayış məntəqəsi qazlaşdırılıb

Cari ilin yanvar-fevral ayları ərzində 1 883 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 110 km qaz kəməri əsaslı təmir olunub. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində cari il ərzində 27 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilib. Cari ilin fevral ayı ərzində İB-də əhali sektoru üzrə 18 504 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2 667-i Bakı, Abşeron və Sumqayıt, 15 837-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 869 274-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00