Xoşbəxt ölkələrin siyahısı açıqlanıb: Azərbaycan 81-ci, Ermənistan 121-ci, Gürcüstan 126-cıdır

Azərbaycan dünyanın ən xoşbəxt ölkələri sırasında 81-ci yerdə qərarlaşıb. APA-nın məlumatına görə, hesabat BMT nəzdində Dayanıqlı İnkişaf Məsələlərinin Həlli Şəbəkəsi və Kolumbiya Universitetinin Yer İnstitutu tərəfindən hazırlanıb. Reytinq 157 ölkə üzrə tərtib olunub. Siyahıya ilk yerdə Danimarka, sonuncu yerdə Burundidir. Siyahıda Ermənistan 121, Gürcüstan 126-cı yerdə qərarlaşıb. ABŞ 13-cü, Böyük Britaniya 23-cü, Fransa 32-ci, İtaliya 50-ci, Rusiya 50-ci, Türkiyə 78-ci yerdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00