Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən "Nooruz-2016"da bütün rəqiblərinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, martın 17-21-də baş tutacaq yarışa yalnız ölkəmiz əsas komanda ilə qatılacaq. Turnirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Gürcüstan yığmalarının iştirakı nəzərdə tutulsa da, bu, son anda reallaşmayıb. Həmçinin, Rusiya və Çin klubları da təşkilatçıların dəvətini müsbət dəyərləndirməyiblər. Nəticədə yarış 4 komanda ilə təşkil olunacaq. Belə ki, Qırğızıstan millisi basketbolçularını klublarda saxlamaqla, "Nooruz-2016"ya 2 komanda ilə qatılacaq. Ev sahiblərini yarışda "Bars" və "Politexnik" təmsil edəcək. Qazaxıstan isə Bişkekə Aktaunun "Kaspi" klubunu göndərməyi məqsədəuyğun sayıb. Artıq turnirin təqvimi də dəqiqləşib. Tahir Baxşıyevin rəhbərliyi altında yarışda iştirak edəcək millimiz ilk görüşünü Qazaxıstan klubuna qarşı keçirəcək.

17 mart
13:00. "Kaspi" (Qazaxıstan) - Azərbaycan
15:00. "Politexnik" (Qırğızıstan) - "Bars" (Qırğızıstan)

18 mart
13:00. "Kaspi" (Qazaxıstan) - "Bars" (Qırğızıstan)
15:00. "Politexnik" (Qırğızıstan) - Azərbaycan

19 mart
12:00. Azərbaycan - "Bars" (Qırğızıstan)
14:00. "Politexnik" (Qırğızıstan) - "Kaspi" (Qazaxıstan)

20 mart
12:00. Yarımfinal
14:00. Yarımfinal

21 mart
12:00. 3-cü yer uğrunda
14:00. Final

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00