Qazla təmin olunan abonentlərin sayı 1 835 173-ə çatıb

Cari ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 835 173-ə çatıb. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibəsində  Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev səsləndirib. Bildirib ki, 1 yanvar 2016-cı il tarixə qeydiyyata alınmış abonentlərin 23 864-ü qeyri-əhali abonentidir: "Ümumilikdə, 2015-ci il ərzində mövcud olan 1 811 173 əhali abonentindən 104 309-u ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 32 773-ü Bakı, Abşeron, Sumqayıt, 71 536-ı isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır. Həmçinin 1 yanvar 2016-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 126 554 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 341 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00