Məktəblilərin Naxçıvana səfəri təşkil edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyaları keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, Nizami rayonunda ölkə başçısının tapşırığına əsasən "Ölkəmizi tanıyaq" tur aksiyasının Naxçıvan şəhərinə ilk iştirakçıları yola salınıb. Dörd gün davam edəcək tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan şəhərinin tarixi abidələrini, görməli yerlərini və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı eldə etməklə yanaşı, "Ölkəmizi tanıyaq" devizi altında keçiriləcək intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər. Yolasalma mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı Arif Qasımov belə tur-aksiyaların gənc nəslin  vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin səfər etdikləri bölgələrdə Heydər Əliyev mərkəzlərini, parkları, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini və digər görməli yerləri ziyarət etməklə dünyağörüşlərinin artırılmasında mühüm əhəmiyyət  daşıdığını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00