ARDNF bu gün 8 banka 39,1 mln. dollar satıb
16 Mart 2016 12:53 SosialBu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, fond tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 39,1 mln. dollar məbləğində vəsait 8 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00