Cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğatı aparılacaq

Cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə "Tədbirlər Planı" hazırlanıb. "OLAYLAR"-ın xəbərinə görə, Tədbirlər Planı Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən təsdiq edilib. Təsdiq edilmiş "Tədbirlər Planı"na uyğun olaraq, cari il ərzində cəzaçəkmə müəssisələrində narkomanlıq, həmçinin QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası və s. mövzularda təbliğat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00