İnvestisiya layihələrinin qəbuluna başlanıldı
16 Mart 2016 11:26 Sosialİqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunun Arzu qəsəbəsində işgüzar forum keçirib. Sahibkarlardan müasir istixana kompleksi, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatları, süd emalı və şirniyyat məhsullarının istehsalı müəssisələri, ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00