Metropolitendən daha bir yenilik

"Bakı Metropoliteni" Qapalı Tipli Səhmdar Cəmiyyəti daha bir ilkə imza atacaq. Bu barədə "OLAYLAR"-a məlumat verən Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, məşhur cazmern Vaqif Mustafazadənin doğum günü ilə bağlı "Bakı Metropoliteni" QSC və 106.3 FM onun xatirəsinə həsr edilmiş xüsusi proqram hazırlayıb.. Martın 16-ı, saat 15:00-dan etibarən Bakı Metrosunun bütün stansiyalarında Vaqif Mustafayevin əsərlərini dinləmək mümkün olacaq. Proqram 3 saatdan artıq davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00