Səhiyyə naziri psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verilib. L. Bayramova bildirib ki, əmr ölkədə psixi sağlamlıq xidmətinin gücləndirilməsi ilə əlaqədar ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət edən xəstələrin psixoloji müayinədən keçirilməsi, o cümlədən emosional və davranış problemlərinin aşkar edilməsi, psixoterapevtik üsullar vasitəsi ilə psixi sağlamlığın bərpa olunması və maarifləndirmə yolu ilə psixi pozuntuların qarşısının alınması məqsədilə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31