Kiçik mənzillərdə yaşayanları gözləyən böyük TƏHLÜKƏ
22 Oktyabr 2015 20:32 SosialBöyük şəhərlərdəki insan sayı artdıqca, yaşayış yerləri də kiçilməyə davam edir. Asanlıqla kirayələnə bildiyi və ya ucuz satıldığı üçün kiçik mənzillərə tələbat da gündən günə artır. Maddiyyat önə keçincə isə sağlamlıq hər zamankı kimi geri planda qalır. Kiçik bir sahəyə sığdırılan bir otaqdan ibarət olan bəzi evlər stressdən qaçış nöqtəsi olmaq yerinə, əksinə, sağlamlığı təhdid edir. Belə evlərdə xalça, pərdə və divar boyalarında kimyəvi maddələr göz, burun, boğaz, dəri kimi duyğu orqanlarında qıcıqlanma, sinir sistemi ilə bağlı bəzi şikayətlərə və mikroblu xəstəliklərə səbəb olur. İnsanlar dad bilmə duyğusunu itirir, əzələ və sümük ağrıları, yorğunluq, baş ağrısı, əsəbilik, quru öskürək, gözlərdə sulanma, nəfəs darlığı, diqqətsizlik, kilo artımı kimi şikayətlər yaşayır.
Uşaqlarda utancaqlığa yol açır!
Kiçik mənzillər sadəcə böyüklərin deyil, uşaqların da sağlam inkişafını əngəlləyir. Dar evlərdə yaşayan uşaqların daha utancaq olduğu, diqqət dağınıqlığı yaşadığı, artıq çəkili olduğu bilinir. Qonaq qəbuletməyə yer olmadığından bu kiçik evlər sosiallaşmanı da əngəlləyir.
Araşdırmalar təbiətin əvəzedilməz mikroblarından uzaq, torpağa ayaq basmadan, ev heyvanlarından, çiçəkdən, böcəkdən, ağacdan uzaqda böyüyən uşaqlarda erkən yaşda allergiya, astma, ürək-damar xəstəlikləri, revmatizm, piylənmə, şəkər və xərçəngə yoluxma risklərinin artdığını göstərir.
Bu problemlərin həlli təbiətdədir
Evdə, ya işdə oturaraq vaxt keçirənlərin şəkər və ürək xəstəliyi riski iki qat artır. 30 dəqiqəlik idmanla yanaşı, saatda bir-iki dəqiqə gəzmək də lazımdır. Müntəzəm idman sinə və sütun xərçəngi riskini yüzdə 25-30 nisbətində azaldır. Araşdırmalar zamanı bir saat davam edən idmanın ömrü iki saat uzatdığı, infarkt riskini yüzdə 35 nisbətində azaltdığı müəyyən olunub. Müntəzəm idman edənlər sağlam yaşadığı üçün hərəkətsiz yaşayanlardan 7 il daha çox yaşayır. Meşədə iki saat qaçmaq immunitet hüceyrələrinin qısa müddətdə artmasına yardım edir. Müntəzəm idman edənlər qrip viruslarına da yüzdə 50 nisbətində daha az yoluxur.