Siyasət

Erməni katolikosu Dağlıq Qarabağa gəlir

5 Sentyabr 2016 13:18

Bütün ermənilərin katolikosu II Qaregin bu gün Azərbaycanın işğal olunmuş ərazilərinə gələcək. 

Milli maraqlara xidmət edən Konstitusiya islahatları

5 Sentyabr 2016 13:15

Azərbaycan ölkənin ictimai-siyasi həyatı üçün əlamətdar olacaq daha bir tədbir ərəfəsindədir. Belə ki, məlum olduğu kimi sentyabrın 26-da ölkədə konstitusiya dəyişiklikləri məqsədilə ümumxalq səsverməsi keçiriləcək. Ana qanuna ediləcək dəyişikliklər bütün parametrləri üzrə Azərbaycan vətəndaşlarının rifahı, idarəetmə prosesinin təkmilləşdirilməsi, ölkənin daha da inkişaf etdirilməsinə xidmət edir. Elə əksər siyasilər, ekspertlər də bu qənaətdədir.

Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün dalana dirənmiş vəziyyətdədir

5 Sentyabr 2016 12:39

Aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik hərəkətlilik artsa da, görünən odur ki, hələlik problemin həllinə nail olmaq mümkünsüzdür. Səbəb isə yenə də Ermənistanın ortaya qoyduğu qeyri-konstruktiv mövqedir. Xüsusilə, son günlər işğalçı ölkə rəhbərliyinin sərgilədiyi mövqe, yenidən işğal altında olan ərazilərə səfər etməsi, Şuşa şəhərində bir neçə obyektin açılış mərasiminə qatılması onu deməyə əsas verir ki, Ermənistan problemin sülh yolu ilə həllinə maraqlı deyil.

Millət vəkilləri Parisə səfər ediblər

5 Sentyabr 2016 12:23

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 5-də Fransanın Paris şəhərinə yola düşüblər. Milli Məclisdən verilən məlumata görə,  toplantıda Beynəlxalq cinayət məhkəməsi ilə əməkdaşlıq, Avropanın çoxmillətli ölkələrində demokratik idarəçilik, beynəlxalq razılaşmalara əsasən vətəndaşların sərmayələrlə bağlı hüquqlarının qorunması və digər məsələlər ətrafında müzakirələr keçiriləcək. 

Elşən Musayev: “Müxalifətin fiaskosu alnına yazılıb”

5 Sentyabr 2016 11:43

“Hesab edirəm ki, bu gün Azərbaycan müxalifətinin Referendumla bağlı və yaxud da özlərinin söylədiyi kimi, planlaşdırdıqları mitinq əsasən bekarçılıqdan xəbər verir. Çünki bu insanlar heç bir prosesə qatılmağa özlərində güc, elektorat tapmayıblar”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Cümşüd Nuriyev: “Rəsmi Ankaranın iradəsi ortadadır”

5 Sentyabr 2016 11:42

“Çində keçirilən G-20 sammiti ilk dəfə deyil ki, baş tutur. Bu sammitdə adətən dünyanın iri dövlətlərinin siyasi, iqtisadi problemlərinin müzakirəsindən söhbət gedir və gələcək yol xəritəsi cızılır”. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.

Ermənilər ağır texnikalarla atəşkəsi pozur

5 Sentyabr 2016 11:22

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.

Ermənistana növbəti xəbərdarlıq edilməlidir

5 Sentyabr 2016 11:17

Erməni separatçıları Dağlıq Qarabağda hava limanı tiksələr də, illərdir istifadə edə bilmirlər. Çünki Bakının mesajı budur ki, Azərbaycan ərazisindən təyyarələrin qeyri-qanuni qalxışına və enişinə icazə verməyəcək.

Prezident İlham Əliyev İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidentini qəbul edib

5 Sentyabr 2016 10:59

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinteri qəbul edib.

AŞPA-nın Büro iclasında Azərbaycanda keçiriləcək referendumla bağlı müzakirə aparılacaq

2 Sentyabr 2016 18:29

Milli Məclisin deputatlarıAvropa Şurası Parlament Assambleyasının  (AŞPA) Büro və komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcəklər.