Prezident qızı ölən atası üçün MAHNI OXUDU - VİDEO

Vəfat edən Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülanrə Kərimovanın atasının şərəfinə oxuduğu mahnının videosu yayılıb.
 

Publika.az xəbər verir ki, mahnıya çəkilən videoklipdə 1991-ci ilin 31 avqust tarixindən başlayaraq, İ.Kərimovun ölkəyə rəhbərik etdiyi dövr əksini tapıb.

Mahnının adı belədir: "İslam Kərimovun yaddaşı". 

Qeyd edək ki, 2013-cü ildə atası tərəfindən cəzalandırılan və hazırda Londonda ev dustaqlığı həyatını yaşayan Gülnarə Kərimova siyasi fəaliyyəti ilə yanaşı, "Googoosha" təxəllüsü ilə mahnı da oxuyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31