Ermənistana növbəti xəbərdarlıq edilməlidir

Erməni separatçıları Dağlıq Qarabağda hava limanı tiksələr də, illərdir istifadə edə bilmirlər. Çünki Bakının mesajı budur ki, Azərbaycan ərazisindən təyyarələrin qeyri-qanuni qalxışına və enişinə icazə verməyəcək.

Erməni separatçıları Dağlıq Qarabağda hava limanı tiksələr də, illərdir istifadə edə bilmirlər. Çünki Bakının mesajı budur ki, Azərbaycan ərazisindən təyyarələrin qeyri-qanuni qalxışına və enişinə icazə verməyəcək. Başqa sözlə həmin təyyarələr vurulacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu səsləndirib. O, qeyd edib ki, bu xəbərdarlıq mesajı işə yaradı və separatçılar hava limanını istifadə edə bilmirlər: "Məncə, növbəti xəbərdarlıq mesajına da ehtiyac var. Separatçılar Şuşa, Laçın və Kəlbəcərdə yeni yaşayış kompleksləri, yataqxalana, daha nələr açırlar. Növbəti mesaj bundan ibarət olmalıdır ki, yerlərindən zorla didərgin edilən azərbaycanıların yaşayış məntəqələrində tikilən obyektlər qanunsuzdur və separatçılar bu prosesi dayandırmasalar. Həmin obyektlər Azərbaycanın hərbi hava qüvvələri tərəfindən neytrallaşdırılacaq. Bu beynəlxalq aləmə və Rusiyaya da mesaj olar ki, əgər müharibə istəmirlərsə Ermənistanı təxribatçı fəaliyyətdən çəkindirsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31