Siyasət
Almaniya AB-nin genişlənməsinə qarşı çıxdı
Avropa Birliyi genişlənmək üçün resurslara malik deyil.
Azərbaycan demokratiyaya sadiq qalmaq əzmini ortaya qoyur
Artıq referenduma sayılı günlər qalıb. Referendum ərəfəsində müxtəlif təşəbbüs qrupları tərəfindən keçirilən görüşlər və ictimaiyyətin ortaya qoyduğu mövqe onu deməyə əsas verir ki, Azərbaycan xalqı sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsində konstitusiya dəyişikliklərinin lehinə səs verəcək. Elə Milli Məclisin deputatı Sevinc Fətəliyeva da bu qənaətdədir. Millət vəkili indiki situasiyada konstitusiya dəyişikliyini zəruri hesab edib.
Milli Şuranın növbəti uğursuz cəhdi
Həftə sonu Milli Şura adlanan qurum özünün növbəti uğursuz aksiyasını keçirdi. Sentyabrın 26-da konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək referenduma etiraz əlaməti olaraq təşkil edilən 11 sentyabr mitinqi bir daha Azərbaycan cəmiyyətinin radikal müxalifəti dəstəkləmədiyini təsdiqləmiş oldu. Hər halda Əli Kərimlinin mitinqdən əvvəl aksiyada on minlərlə insanın iştirak edəcəyi barədə açıqlamasından fərqli olaraq Milli Şuranın 11 sentyabr tədbirində məhdud sayda şəxsin iştirakı deyilənləri təsdiqləyir.
Sahibkarların da hüquqları Ana Yasa ilə qorunur
Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər birbaşa ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur.
Referendumla əlaqədar səsvermə bülletenlərinin paylanılmasına başlanılıb
Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin paylanmasına başlayıb.
Həmsədrlərin ikili oyunu problemin həllinə mane olur
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində müşahidə edilən diplomatik hərəkətlilik ilkin mərhələdə Azərbaycanın maraqlarına uyğun görünüb, ərazi bütövlüyümüzün tezliklə təmin olunacağına ümid yaratsa da, lakin son vaxtlar bu istiqamətdə mənfi tendensiya müşahidə edilməkdədir.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı üçün çox müsbət perspektivlər var
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Onno Kerversin etimadnaməsini qəbul edib.
Roma Papası Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin tərəfdarıdır
Roma Papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin tərəfdarıdır.
Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və hörmət edir
Azərbaycan və Vatikan arasında münasibətlər çox müsbətdir.
Ərdoğanı onlar devirmək istəyiblər – ŞOK ETİRAF
Azər Verdiyev: “Əli Kərimli və dəstəsi yenə şou göstərir”
"Ölkədə beş milyon seçici var, onların 0.001 faizinin cəfəngiyyatı heç nəyi dəyişmir”. Bu fikirləri “OLAYLAR”-a ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Milli Şura adlanan qurumun keçirdiyi son mitinqə münasibət bildirərkən səsləndiriib.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Erməni politoloq: “Qarabağı qaytaracağıq, əvəzində...” – rəsmi Bakı qalib gəldi
Prezident İlham Əliyev Bakıda bir neçə məktəbdə oldu
Üzeyir Cəfərov: “Ermənilərin "qızdırması qalxır"
“Ermənistanda vəziyyət həqiqətən də günü-gündən pisləşməyə doğru gedir və bu yaxınlarda orada çox ciddi hadisələrin baş verməsi gözləniləndir. Artıq, cinayətkar Serj Sarkisyan da öz hakimiyyətinin ömrünün uzatmaq üçün istənilən addımı atır və sentyabrın 13-də Ermənistan parlamentində hökuməti və müxalifəti təmsil edən bir sıra siyasi qüvvələrin ölkədə seçkilərin təşkili və keçirilməsi üzrə saziş imzalaması da dediklərimizə əyani sübutdur. O həm bərk narahatdır, həm də qorxu içindədir”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.














