Siyasət

Azərbaycan prezidenti: “Bizə təzyiqlər ona görə artır ki, heç kimin qarşısında baş əymirik”

15 Sentyabr 2016 14:50

“Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır”.

Prezident: “Azərbaycan daxili imkanlarına arxalanaraq irəliyə gedir”

15 Sentyabr 2016 14:35

"Bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik və nəticələr də göz qabağındadır”.

Prezident İlham Əliyev: “Gənclərimiz apreldə erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar”

15 Sentyabr 2016 14:31

“Bizim gənclərimiz müstəqilliyimizi qoruyurlar. Bizim gənclərimiz bu ilin aprel ayında erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar. Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli,Cəbrayıl rayonlarının bir hissəsində qaldırıblar”.

Azərbaycan prezidenti: “Dünyada qloballaşma adı ilə eyniləşmə siyasəti aparılır, KİV vasitəsi ilə müxtəlif təxribatlar ortaya atılır”

15 Sentyabr 2016 14:29

“Dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bu, belədir”.

Müsavatın və Milli Şuranın mitinqinə razılıq verilib - YENİLƏNİB

15 Sentyabr 2016 13:21

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul" stadionunda keçirmək istədiyi mitinqə razılıq verib.

Dini ekstremizm əleyhinə əməliyyatlara əngəl olanlar cəzalandırılacaq

15 Sentyabr 2016 13:05

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar-əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 517-1 maddəsinin əlavə edilməsi təklif edilir.

Bakı-Təl-Əviv münasibətlərində yeni mərhələ

15 Sentyabr 2016 13:01

Son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizin bilavasitə iştirakı və təşəbbüsü ilə mühüm strateji layihələrin həyata keçirilməsi Bakıya olan marağı daha da artırıb. Məhz bu marağın göstəricisidir ki, nüfuzlu dünya dövlətləri Azərbaycanla ikitərəfli əməkdaşlığa can atır, maraq göstərirlər.

Azərbaycan-Amerika münasibətlərinə kölgə salmaq istəyən kimlərdir?

15 Sentyabr 2016 12:52

Azərbaycana qarşı şər kampaniyasına yenidən start verilib. Bir qayda olaraq ölkədə mühüm siyasi, mədəni kütləvi tədbirlər keçirilən ərəfədə Bakını hədəfə seçən erməni lobbisi və onların Qərbdəki havadarları indi də sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə kölgə salmaq, ona mane olmaq məqsədilə hərəkətə keçiblər. Yenə də prosesin hərəkətverici qüvvəsi erməni lobbisinin maraqlarına xidmət edən keçmiş amerikalı diplomatlardır. Belə ki, hər zaman Azərbaycan əleyhinə mənfi çıxışılarıyla fərqlənən keçmiş diplomatlar Devid Kramer və Riçard Kozlariç Azərbaycanda keçiriləcək referendum barədə mənfi rəy formalaşdırmağa çalışıblar. Onlar demokratlara yaxın qəzetlərdən birində yenə öz amplualarına uyğun cızmaqara dərc ediblər. Keçmiş diplomatlar iddia ediblər ki, sentyabrın 26-da keçiriləcək refendumun nəticəsi əvvəlcədən bəllidir.

Politoloq: “Ermənistanda iqtisadi səfalət daha da şiddətlənəcək”

15 Sentyabr 2016 12:39

“Aprel döyüşlərindən sonra Ermənistanın daxilində hökm sürən siyasi xaos göz qabağındadır. Tələblərin əsasını siyasi islahatlar çağırışları təşkil etsə də,  vəziyyətin məhz bu aylarda alovlanmasının bir əsas səbəbi var. Bu da Azərbaycan ordusunun aprelin əvvəllərində erməni ictimaiyyətini qorxuya salmasıdır”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Referendumda müşahidə aparılmasına dair ərizələrin qəbulu müddəti başa çatır

15 Sentyabr 2016 12:35

Sabah Konstitusiyaya dəyişikliklə əlaqədar sentyabrın 26-a təyin edilmiş referendumda Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Moskvada keçirilən məsləhətləşmələri şərh edib

15 Sentyabr 2016 12:29

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq imkanları müzakirə edilib.

Tamerlan Vahabov: “Ermənistanın mövqeyini anlamaq çətindir” 

15 Sentyabr 2016 12:25

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etməməsi faktı onu göstərir ki, hal-hazırdakı məsələ ətrafında danışıqlar davam edir”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Elşən Musayev: “Müsavatla AXCP qırışıb bir-birlərini didsinlər”

15 Sentyabr 2016 12:05

“Müsavatçıların fikrinə görə, Əli Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə əslində Müsavatı siyasi arenadan uzaqlaşdırmaq və bununla da “alternativsiz müxalifət lideri” obrazı formalaşdırmaq istəyir. Bu bir növ Əli Kərimlinin xislətindən, özünə müştəbehliyindən, razılığından irəli gələn bir şeydir”.  Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Atəşkəs rejimi 14 dəfə pozulub

15 Sentyabr 2016 11:48

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.