Siyasət
SSRİ-nin GİZLƏTDİYİ SİRR: 43000 hərbçi necə məhv edildi? – DƏHŞƏTLİ FAKTLAR
Prezidentdən ŞOK qadağa
Siyavuş Novruzov Rusiyanın hərbi ordeni ilə təltif olunub
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Rusiya Federasiyasının "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub.
Büdcə təşkilatlarının idxal mallarını satın alması dayandırılıb
Azərbaycan prezidentiİlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Moskva və Vaşinqton ərazilərin qaytarılmasını istəyir - Qarabağda yeni QARŞIDURMA
Azərbaycan prezidenti ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidentiİlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Məlumata görə, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilib.
XİN sözçüsü: "Festivala qatılacaq qonaqların kimlikləri dəqiqləşdirilir"
“Ermənilərin Şuşada “ArtsaxEtnoFest” adlı beynəlxalq festival keçirməsindən məlumatımız var. Xarici İşlər Nazirliyi artıq bu gün Şuşada başlayan həmin festivalda hansı ölkələrdən kimlərin iştirak edəcəyi istiqamətində aradırmalara başlayıb”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
MDB dövlət başçılarının görüşü gələn il Moskvada keçirilə bilər
Rusiya 2017-ci ildə MDB dövlət başçılarının görüşünü Moskvada keçirməyi təklif edib.
Ramiz Tağıyev: "AXCP ilə Müsavat arasında düşmənçilik hökm sürür"
"AXCP sədri Əli Kərimli tamamilə tükənmiş, ümidini ancaq hansısa qaranlıq qüvvələrə bağlayan şəxsdir. Keçirdiyi aksiya sadəcə Müsavatla aralarında olan düşmənçiliyin nəticəsində yaranan rəqabətin məhsuludur". Bunu SİA-ya açıqlamasında AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev deyib.
Aydın Quliyev: “Gələcəyə yönəlik neqativ məlumatlar verməməlidirlər”
“Ayaz Mütəllimovun öz müsahibəsində AXCP fəalları sosial şəbəkələrdəki statuslarında “hakimiyyətə gələcəkləri” təqdirdə ilk olaraq onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını və əllərində müvafiq siyahılar olduğunu bildirməsi və bununla bağlı informasiyaların yayılması o qədər də həqiqətə söykənmir”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Təranə Kərimova: "Müsavatla AXCP-nin bir-birinə pataloji nifrəti var"
"Kimsəyə sirr deyil ki, Müsavat və AXCP arasındakı qarşıdurmaların köklündə "ana müxaifət" adına sahib olmaq iddiası dayanıb. Çünki onlar məhz bu ada sahib olduqdan sonra guya hakimiyyətə yiyələnəcəklərini xəyal edirlər. Lakin fakt budur ki, bu və digər iddialar fonunda yaşanan Müsavat və AXCP ziddiyyətləri illərə söykənir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova adıçəkilən partiyaların bir-birinin aksiyalarına qatılmamaları səbəblərini şərh edərkən deyib.
Qabil Hüseynli: "Milli Şura"nın mitinqinə Qərbdəki bəzi dairələrin dəstəyi var"
""Milli Şura"nın boş və mənasız mitinqinə Qərbin bəzi maraqlı dairələrinin dəstək var". Məsələ ilə bağlı SİA-ya açıqlama verən Müsavat başqanının keçmiş müavini Qabil Hüseynli hesab edir ki, Qərbin bəzi maraqlı dairələrinin referenduma münasibəti müsbət deyil: "Bu səbəbdən də ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı, irimiqyaslı bir tədbirə çevirə bilməzlər. Çünki Azərbaycan cəmiyyətində arzu edilən durum formalaşıb. Ona görə də, Qərb nə qədər çalışsa da, istədiyinə asan nail olmaz".
Prezident İlham Əliyev: “Azərbaycanda savadlılıq təxminən 100 faizdir”
"Son 10 il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq”.
Azərbaycan prezidenti: “Bizə təzyiqlər ona görə artır ki, heç kimin qarşısında baş əymirik”
“Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır”.
Prezident: “Azərbaycan daxili imkanlarına arxalanaraq irəliyə gedir”
"Bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik və nəticələr də göz qabağındadır”.














