Siyasət

Lənkəranın 111 yaşlı sakini səsvermədə iştirak edib

26 Sentyabr 2016 14:20

Lənkəran rayonunun 111 yaşlı sakini səsvermə hüququndan istifadə edib. Report bildirir ki, rayonun Boladi kənd sakini Şabikə Fərhad qızı Axundova 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının 28 saylı məntəqəsində qeydiyyatdadır. 

TürkPA missiyasının rəhbəri: "Referendumda fəallıq yüksəkdir"

26 Sentyabr 2016 14:07

Azərbaycan vətəndaşlarının Konstitusiyaya dəyişikliklər üzrə referendumda fəallığı yüksəkdir.

3 saylı İstintaq təcridxanasındakı seçkidən xəbər var

26 Sentyabr 2016 13:55

Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 40 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Azərbaycanın Fransadakı səfirliyində seçicilərin fəallığı müşahidə olunur

26 Sentyabr 2016 13:52

Azərbaycanın Fransadakı səfirliyində yaradılmış seçki məntəqəsində ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səs verən seçicilərin fəallığı müşahidə olunur.

MSK-nın qaynar xəttinə bir neçə müraciət daxil olub

26 Sentyabr 2016 13:47

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə bir neçə müraciət daxil olub.

Gəncədə seçici aktivliyi müşahidə olunur

26 Sentyabr 2016 13:46

Respublikanın hər yerində olduğu kimi, Gəncədə də bütün seçki məntəqələri saat 8-də öz qapılarını seçicilərin üzünə açıb.

Qərb demokratiyadan yararlanıb Şərqə basqılar edir

26 Sentyabr 2016 13:42

Artıq on illərlədir ki, Azərbaycan qərəzli olaraq Qərbin, Avropanın, o cümlədən Birləşmiş Ştatların ədalətsiz yanaşması, qeyri-obyektiv mövqeyi ilə üzləşir. Bir qayda olaraq ölkə mühüm ictimai-siyasi, mədəni-kütləvi tədbirlər astanasında olanda həmin dairələrdə də Azərbaycana qarşı aktivlik müşahidə edilir.

TürkPA-nın baş katibi: "Böyük seçici aktivliyi müşahidə olunur"

26 Sentyabr 2016 13:21

Azərbaycanda keçirilən referendumda bağlı böyük seçici aktivliyi müşahidə olunur.

Ən aktiv seçki dairəsi məlum oldu

26 Sentyabr 2016 13:20

18 yaşı referendum günü tamam olan gəncə "İlk dəfə səs verən seçici" vəsiqəsi təqdim olunub

26 Sentyabr 2016 13:11

Səsvermədə ilk dəfə iştirak edən Ağdam rayonu Çəmənli kənd sakini Röyal Məmmədovun 18 yaşı referendum günü tamam olub.

AŞPA missiyasının rəhbəri:"Müşahidələrimizlə bağlı son nəticələri 1-2 aydan sonra təqdim edəcəyik"

26 Sentyabr 2016 13:08

AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski Bakıda səsverməni müşahidə edir.

Göyçayda yaşı 100-dən çox olan üç seçici səs verəcək

26 Sentyabr 2016 13:00

Göyçay sakinləri referendum üzrə səsvermədə fəallıq nümayiş etdirir.  "Report"un Şirvan bürosunun məlumatına görə, 88 saylı Göyçay Dairə Seçki Komissiyasının (DSK) 43 məntəqəsində səsvermə təşkil olunub. Sesvermə prosesini canlı izləmək üçün 5 məntəqədə veb-kameralar quraşdırılıb. Dairə üzrə qeydiyyatda olan 40 900 seçicidən saat 10:00-a olan məlumata görə, 5 342 nəfər səsvermədə iştirak edib ki, bu da seçicilərin 13.6 faizini təşkil edir.

Lənkəran sakinləri səsvermədə fəallıq nümayiş etdirirlər

26 Sentyabr 2016 12:58

Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə ümumxalq səsverməsi Lənkəranda seçici fəallığı ilə müşahidə olunur. Report-un məlumatına görə, rayon ərazisində 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masalı və 76 saylı Lənkəran - Astara Dairə Seçki Komissiyaları (DSK) fəaliyyət göstərir.